Təhsil

62 şagird sabahkı imtahanda iştirak edə bilməyəcək

19 Aprel 2025 22:21
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb Quba rayonuna güclü qar yağması ilə əlaqədar hazırda həmin istiqamətlərdəki yaşayış məntəqələrinə gedən yolların bağlı olmasıdır.

Quba-Xaçmaz Regional təhsil idarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Sabah imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcək şagirdlərin may ayında keçiriləcək analoji imtahanda iştirakı təmin ediləcək.

P.Nurmməmədov bildirib ki, sabaha kimi hər hansı istiqamətdə yol açılacağı təqdirdə şagirdlərin imtahanda iştirakı təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.