Təhsil

Məleykə Abbaszadədən imtahanlarla bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

18 Mart 2025 18:28
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın demo versiyada istifadəyə verilir. İlkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. Sədr imtahanda iştirak üçün Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət də edib.

Məleykə Abbaszadə gələcəkdə rus bölməsi üçün Azərbaycan dili imtahanlarının da rəqəmsallaşdırılacağını bildirib.

Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.