Təhsil

Universitetlərdə yeni ixtisaslar yaradılacaq - VİDEO

28 Fevral 2025 08:31
Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Universitetlərdə əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar yaradılacaq.

Milli.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bununla bağlı olaraq yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası da keçirilib. Komissiyanın tərkibində müxtəlif ixtisaslar üzrə 9 İşçi qrupu yaradılıb.

Təhsil ekspertləri bildirirlər ki, bakalavr dərəcəsi üzrə 7, magistratura pilləsi üzrə 20 və rezidentura üzrə 8 yeni ixtisasın yaradılması ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Təhsil eksperti Kamran Əsədov həmçinin onu da bildirib ki, magistratura səviyyəsi üzrə yaradılan yeni ixtisaslar tələbənin bakalavr səviyyəsində aldığı təhsili məhz həmin istiqamətdə davam etdirə bilməsi baxımından əlverişli olacaq.

K.Əsədov deyir ki, 1-ci ixtisas qrupu üzrə Riyaziyyat-Fizika müəllimliyi ixtisasının yaradılması xüsusilə bölgələrdə ikili ixtisaslarda müəllim çatışmazlığının aradan qalxmasına təsir edə bilər. Eyni zamanda? onu da qeyd edib ki, 3-cü ixtisas qrupu üzrə yeni xüsusi pedaqogika ixtisasının yaradılması xüsusi qayğıya ehtiyacı olan şagird və tələbələrin təhsilinə xüsusi metod və yanaşmalarla işləməyə şərait yaradacaq.

Ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.