Təhsil

Övladı bu il birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

12 Fevral 2025 12:03
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ayın sonunda şagirdlərin yerləşməsi ilə bağlı proqram təminatı istifadəyə veriləcək.

Milli.Azxəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, on beş gün ərzində proqram artıq istifadəyə veriləcək.

"Yaxın günlərdə Sumqayıt şəhəri və Abşeron rayonunda üstünlük verilən məktəblərin siyahısı elan ediləcək. Sıxlıq olan ərazilərdəki məktəblərə ora yaxın ərazilərdə yaşayan uşaqların qəbulundan sonra yer qalarsa digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.