Müəllimlərə verilən gül buketləri bu hədiyyələrlə əvəzlənməlidir - Maraqlı TƏKLİF
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İsrafçılıq etməmək üçün gülləri başqa hədiyyə ilə əvəzləmək olar".
Milli.Az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elnur Hacıyev dərs ilinin başlanması münasibətilə birinci sinif şagirdlərin müəllimlərə verdiyi gül buketləri və onların zibil qablarına atılması ilə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, maddi və emosional dəyərləri nəzərə almaq vacibdir:
"15 sentyabr Bilik Günü valideynlər övladlarının müəllimlərinə buket gətirir. Bu günü illərdir valideynlər gözlədiyi üçün xüsusi qeyd etmək istəyir. Bu anı qeyd etməyin valideynlər üçün emosional dəyəri var. Buna görə də valideynlər bir gün ərzində eyni müəllimə 15, 20 bəzən 30 buket gətirir. Maddi tərəfdən baxdıqda güllər alınır, tez də solur. Müəllim də bir-iki gündən sonra həmin güllər solduğu üçün zibil qutusuna atır. Maddi sərmayəyə qənaət edilmir. İsrafçılığı azaltmaq üçün gülləri qalıcı dibçək gülləri ilə, əşyalarla da əvəz etmək olar. Bu zaman sinif otaqları güllərlə zənginləşər, təravətli olar, yaşıllaşar, gözəlləşər. Bu məsələ həssas məsələdir. Məsələyə birtərəfli baxmaq olmaz. Bu məsələyə ədalətli yanaşmaq üçün maddi və emosional dəyərləri nəzərə almaq vacibdir".
Ekspert qeyd etdi ki, belə olduğu halda uşaqların maariflənməsi baş verə bilir.
"Buket güllərin yerinə bitkiyə qulluq üçün bağçılıq dəstləri, ekologiya ilə bağlı materiallar, təhsil üçün faydalı ola biləcək digər əşyalar hədiyyə edilsə daha yaxşı olar. Bu alternativlərin tətbiqi həm şagirdlərə, həm valideynlərə, həm müəllimlərə, həm də sinif otaqlarına praktiki fayda təmin etmiş olar. Yenilikçi direktorun və ya yaradıcı sinif rəhbərlərinin valideynlərə bir faydalı mesajı kifayət edər ki, köhnə israfçı ənənəni formasını yeni və faydalı ənənəyə çevirə bilsin. Əminəm ki, bizim məktəb direktorları və sinif rəhbərləri arasında bu mesajın faydasını bilən çoxlu sayda həmkarımız var. Sadəcə ənənənin başlanğıcını qoymaq lazımdır. Yaxşı əməllər də sirayətedicidir. Məktəblərdə balalarımızın oturduğu sinif otaqlarını gözəlləşdirmə, yaşıllaşdırma naminə bu ənənəni başlamağa dəyər", - deyə Elnur Hacıyev bildirdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir





