Təhsil

Tələbələrin köçürülməsi ilə bağlı yeni qərar

30 İyul 2024 16:06
Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti 1 avqust 18:00-a qədər uzadılıb.

Bu barədə Milli.Az-a Elm və Təhsila Nazirliyi üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək "şəxsi kabinet" yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə "Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi" xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər", - məlumatda bildirilib.

Qeyd edilib ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi olaraq izləmək tövsiyə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.