Hazırda dünyada qaz qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, yəni qazın alınmasına sərf edilən xərclər əsas götürülür. Əvvəlki illərdə qazın topdan alışını və satışını SOCAR həyata keçirirdi. SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər və SOCAR beləliklə Azərbaycanın təbii qaza olan təlabatını təmin etmək üçün başqa şirkətlərdən də təbii qazı alırdı. Özəlliklə, "Şahdəniz" konsorsiumundan qaz alınırdı.
Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, qazın topdan alışı və satışını "Azərkontrakt" şirkəti həyata keçirir: "Bu da dövlət şirkətidir, lakin tam müstəqildir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan satış qiymətinə alaraq qazpaylayıcı şəbəkələrə, Azərenerji və s. satmaqdadır. Azərkontraktın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Yəni, məsələn, "Şahdəniz"dən aldığı qazın bir qismi bazar qiymətlərindən asılıdır və bazarda qiymətlər artdıqca həmin qazın da dəyəri və qiyməti də artmaqdadır. Buradan isə qazı alan tərəf, dövləti təmsil edən bu şirkətin də xərci artır, qazın satış tarifləri isə dəyişmədikcə bu xərclərdə olan artımın da kompensasiyası mümkün olmur. Ya gərək dövlət subsidiyalaşdırsın ki, bunun da müəyyən fəsadları var, dövlət büdcəsi üçün əlavə yük yaradır və uzunmüddətli perspektivdə qeyri-dayanıqlı görünür. Ya da ki qiymət artımı baş verməlidir. Qiymət artımının da əsas səbəbi bu görünür. Hazırda dünyada qaz qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə ondəfələrlə qalxıb, 20-30 dəfə qalxıb. Belə olan halda, təbii ki, "Azərkontrakt"ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, ona sərf edilən xərc də müəyyən qədər artmışdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Dünya bazarında neft ucuzlaşdı
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
XƏBƏR LENTİ
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı





