Ələt İqtisadi Zonasında 2 min kubmetrlik sutəmizləyici kollektorlar inşa edilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə iqtisadiyyatı üçün perspektiv əhəmiyyət daşıyan Ələt Azad İqtisadi Zonasında içməli və tullantı su infrastrukturlarının yaradılması işləri davam etdirilir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qurum tərəfindən hazırda iqtisadi zonanın magistral su kəmərləri və yağış sularının kənarlaşdırılması məqsədilə kollektorlar inşa olunur.
Ələt Azad İqtisadi Zonasının içməli su təchizatı sisteminin yaradılması layihəsinə əsasən, ərazinin içməli su təchizatı Kür-Bakı magistral su kəməri hesabına təmin olunacaq. Bu məqsədlə magistral xətdən birləşmə verilib və zona ərazisinə 530 mm diametrli borularla magistral su kəməri çəkilib. Eyni zamanda Kür-Bakı magistralının xüsusi iqtisadi zonanın ərazisindən keçən 1,5 km-lik hissəsi köçürülərək zona xaricinə çıxarılıb.
Ərazidə yaranacaq yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə hazırda 900 metr uzunluğunda açıq tipli kanal inşası davam etdilir. Açıq kanala toplanan sular 1400 və 1800 mm diametrli beton borulardan ibarət 3 km uzunluğunda qapalı kollektorlara ötürülərək kənarlaşdırılacaq. Kollektorların avtomobil və dəmir yolu ilə kəsişmələrində ümumi uzunluğu 190 metr olan 2 mikrotunel inşa olunur.
İndiyədək açıq və qapalı kollektorların 60 faizdən çox hissəsi inşa edilib. İcrasına cari ilin sentyabr ayında başlanmış layihə üzrə işlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Layihənin növbəti mərhələsində xüsusi iqtisadi zonada sutkalıq gücü 2000 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu inşa ediləcək. Gələcəkdə Ələt qəsəbəsi və ətraf yaşayış məntəqələrinin, həmçinin Ələt Azad İqtisadi Zonasının inkişafı nəzərə alınaraq məhsuldarlığı sutkada 20000 kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Burada təmizlənən suyun kənarlaşdırılması məqsədilə Xəzər dənizinin dibi ilə 3 km uzunluğunda xəttin tikintisi də layihələndirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
XƏBƏR LENTİ
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı





