İqtisadiyyat

Bu il Azərbaycanın Avropaya satdığı qazın həcmi açıqlanıb

24 Avqust 2021 13:02
0 Şərh     Baxış: 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il yanvar-iyul aylarında Azərbaycan Avropaya təqribən 4 milyard kub metr qaz ixrac edib.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hesabat dövründə ümumilikdə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur.

O cümlədən, bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.