İqtisadiyyat

KOB inkişaf mərkəzləri tərəfindən biznes planın hazırlanması üçün ödənişsiz dəstək göstərilir

23 Avqust 2021 14:33
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2020-ci ildə 150-yə yaxın, 2021-ci ilin birinci yarısında isə 120-dən çox biznes planın hazırlanmasında sahibkarlıq subyektlərinə dəstək göstərilib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, bu biznes planlar əsasında Bakı şəhəri və regionlarda yeni biznes sahələri yaradılır və mövcud sahibkarlıq fəaliyyəti genişləndirilir. Agentlik müvafiq biznes planların maliyyə resurslarına yönləndirilməsində də KOB subyektlərinə dəstək göstərir.

Sahibkarlıq subyektləri biznes planın hazırlanmasına köməklik üçün KOBİA-nın ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. KOB inkişaf mərkəzlərinin ekspertləri tərəfindən biznes planın hazırlanması üçün sahibkarlara ödənişsiz olaraq dəstək göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.