İqtisadiyyat

Daha 39 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

13 Avqust 2021 18:54
0 Şərh     Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 12-də qida məhsulları sahəsində fəaliyyət göstərən 39 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.