İqtisadiyyat

Azad edilən ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlandı

10 Avqust 2021 15:49
1 Şərh     Baxış: 2 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilən ərazilərdə bərpa və yenidən qurulma işlərinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.

Maliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2200,0 milyon manat nəzərdə tutulub.

2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.