İqtisadiyyat

Azərbaycanda yemişin yeni sortları yaradılıb - FOTO

4 Avqust 2021 14:20
Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən yemiş bitkisinin yeni yaradılmış, daha məhsuldar və yüksək dad keyfiyyətinə malik sort və hibridlərinin dequstasiyası prosesi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, tədbirdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bostan bitkiləri üzrə həyata keçirilən seleksiya işlərinin nəticələri nümayiş olunub. Yeni perspektiv yemiş sortlarının dequstasiya prosesində qonaq qismində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və bir sıra institutların nümayəndələri də iştirak ediblər.

Təqdim olunan sort nümunələri iştirakçılar tərəfindən bir neçə parametr üzrə qiymətləndirilib və müvafiq qeydlər aparılıb. İştirakçılar tərəfindən bəyənilmiş sort nümunələrinin qeydiyyata alınması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinə təqdim olunması məqsədəuyğun hesab edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.