İqtisadiyyat

Hökumət Ödəniş Portalı ilə 2 milyard manata yaxın ödəniş edilib

4 Avqust 2021 13:08
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin altı ayı ərzində "Hökumət Ödəniş Portalı"nda (HÖP) 1.9 mlrd. manat (ondan 55%-i nağdsız) həcmində 30.5 mln. ədəd ödəniş tranzaksiyası emal olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda qeyd olunub. Məlumata görə, hazırda bu infrastruktura 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 900-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və "Azərpoçt" MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.