Bakı metrosu “97 qəpik” məsələsinə aydınlıq gətirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sərnişindaşımanın 97 qəpik olacağı ilə bağlı yayılmış məlumata aydınlıq gətirərkən deyib.
Qurum rəsmisinin sözlərinə görə, metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır:
"Hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir.
2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib, 30 qəpiyə daşınıb.
97 qəpik isə proqnozlaşdırılandır. Bəlkə, metro iyunun 1-i açılmayacaq?!"
O vurğulayıb ki, gözlənilən və ya proqnozlaşdırılan hələ fakt deyil:
"Bəlkə, açılacaq, 132 milyon deyil, daha az və ya daha çox daşınacaq?! Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq.
Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhur bloqer və influenserlərin bu biznesləri varmış... - (Fotolar)
-
İşdə nə edək ki, daha az yorulaq
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)





