İqtisadiyyat

Azərbaycan məhsulları və investisiya potensialı beynəlxalq sərgidə - FOTO

27 Aprel 2021 19:01
Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 26-da Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi başlayıb. Sərgidə Azərbaycan da vahid ölkə stendi ilə təmsil olunur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan stendində ölkəmizdə istehsal edilən qida və içki məhsulları nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.

Sərgi çərçivəsində keçirilən "Ölkələr təqdimatı" adlı panel iclasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.

3 gün davam edən sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti yerli şirkətlərlə ticarət və investisiya əməkdaşlığına dair görüşlər keçirəcək.

Qeyd: Çindao Çinin ən böyük liman şəhərlərindən biri olmaqla yanaşı, Şandon əyalətinin əsas iqtisadi mərkəzi sayılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.