Beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı yeni qərar verilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə münasibətdə müvafiq normativ aktlarda dəyişikliklər edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna dəyişiklik edilərək, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli şəxslərin sırasından çıxarılmışdır.
Belə ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş peşəkarlıq səriştəsinə dair proqram üzrə hazırlıq keçirlər.
Qeyd edilənlərlə əlaqədar beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin fəaliyyətini əhatə edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş sürücülərin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamədən, sərnişin və baqaj daşınması qaydalarından, yüklərin daşınması qaydalarından, sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə xüsusi proqramdan beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə dair müddəalar uyğunlaşdırma çərçivəsində çıxarılmışdır.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edən orqanların dairəsi müəyyənləşdirilmişdir.
Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın yerinə yetirilməsinə nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən də həyata keçirilirməsinə dair müddəa həmin qaydalara əlavə edilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Quzu əti bahalaşdı - (Video)
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





