İqtisadiyyat

Bakının qaz təchizatı sistemi yenidən qurulacaq

27 Aprel 2010 18:08
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Şirkətin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, hazırlanmış konsepsiyada mövcud qaz təchizatı təsərrüfatının Avropa standartlarına uyğunlaşdırılması əsas götürülüb.

Yenidənqurma işlərinin istehlakçıların sayı baxımından daha böyük olan Bakı və Abşeron regionundan başlanılması nəzərdə tutulur. Artıq Almaniyanın "E.ON Ruhrgas" şirkəti Bakının, ətraf qəsəbələrin və Abşeron rayonunun qaz təchizatı sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması üçün təkliflərini hazırlayaraq ARDNŞ-ə təqdim edib. "E.ON Ruhrgas" şirkətinin ilkin hesablamalarına görə, dairəvi qaz təchizatı sisteminin tətbiq olunması, qazpaylayıcı şəbəkənin genişləndirilməsi və müasirləşdirilməsi, yeni kəmərlərin çəkilməsi, yerüstü boru şəbəkələrinin yerin altı ilə aparılması, mərkəzləşdirilmiş çevik nəzarət və ölçü-qeydiyyat sisteminin yaradılması, informasiya texnologiyalarından istifadə, qəza dispetçer sisteminin təkmilləşdirilməsi, kompressorların, digər avadanlıqların, habelə "Smart-kart" tipli qaz sayğaclarının quraşdırılması və başqa zəruri tədbirlərin həyata keçirilməsi üçün 1,1 milyard avro məbləğində investisiya qoyulmalıdır.

Bundan başqa, Almaniyanın nüfuzlu "RWE" şirkəti də yaxın vaxtlarda öz təkliflərini ARDNŞ-ə təqdim edəcəyini bildirib. Qeyd edək ki, bu məqsədlə danışıqlar digər Avropa şirkətləri ilə də davam etdirilir və onların da müəyyən edilmiş müddətdə konkret təkliflərlə çıxış edəcəyi gözlənilir. Bütün təkliflər əldə olunduqdan sonra ARDNŞ-in mütəxəssisləri tərəfindən dəyərləndiriləcək, bundan sonra isə Bakı və Abşeronun qaz təchizatı sisteminin yenidənqurması layihəsi üzrə yekun qərar veriləcək.

Bakı və Abşeronun qaz təchizat sisteminin yenidənqurma layihəsi ilə paralel olaraq respublikanın digər regionlarında da analoji işlərin aparılması nəzərdə tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.