Dünya Bankının ekspertləri ilə görüş keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Bankının ekspertləri ilə özəl sektorun diaqnostikası çərçivəsində logistika sahəsinin qiymətləndirilməsi mövzusunda onlayn görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının nümayəndələri, Dünya Bakının eksperti Daniel Saslavski və bankın nümayəndələri iştirak edib.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, komitənin sədr müavini Cavad Qasımov Dünya Bankı ilə Dövlət Gömrük Komitəsi arasında uzunmüddətli münasibətlərin qurulduğunu və səmərəli əməkdaşlığın daim inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatların gömrük orqanlarının kadr potensialının, maddi-texniki, normativ-hüquqi bazasının gücləndirilməsinə, ümumdünya gömrük sisteminə inteqrasiyasının beynəlxalq miqyasda gömrük əməkdaşlığının genişləndirilməsi və inkişaf etdirilməsinə münbit şərait yaratdığını diqqətə çatdıran Komitə sədrinin müavini Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin mütəmadi xarakter daşıdığını vurğulayıb. Dünya Bankının dəyərləndirmə alətləri və hesabatları üzrə göstəricilərin Azərbaycan üçün vacib əhəmiyyət daşıdığını bildirən Cavad Qasımov biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticə verdiyini diqqətə çatdırıb.
Komitə sədirinin müavini Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması məqsədilə xüsusi komissiya yaradıldığını və həmin qurumun tərkibindəki "Sərhəddə ticarət" işçi qrupunun Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə fəaliyyət göstərdiyini bildirib.
Logistikanın və ticarətin inkişafı, o cümlədən bu sahədə həyata keçirilən layihələrdən danışan Cavad Qasımov logistik mərkəzlərin yaradılması, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrinin infrastrukturunun genişləndirilməsi, o cümlədən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə görülən işlər barədə də məlumat verib.
Dünya Bakının eksperti Daniel Saslavski təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, görüşün keçirilməsi və özəl sektorun diaqnostikası məqsədilə təqdim olunan məlumatlara görə təşəkkürünü bildirib. Daniel Saslavski qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə və səmərəli əməkdaşlığın beynəlxalq ticarətin sürələndirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra görüşdə logistika sektorunun qiymətləndirilməsinin aparılması, özəl sektorun iqtisadiyyatda iştirak imkanlarının artırılması mövzusunda müzakirələr aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi





