İqtisadiyyat

"Şahdəniz" üzrə əməliyyat xərcləri artıb

4 Fevral 2021 14:50
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci il ərzində "Şahdəniz" yatağı üzrə fəaliyyətlərə 1 milyard dollardan artıq əməliyyat xərcləri və 942 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Milli.Az bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstəricilər müvafiq olaraq 544 milyon dollar və 1,1 milyard dollara bərabər idi.

İl ərzində "Şahdəniz yatağından" Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

Dekabrın 31-də "Şahdəniz" yatağından ilk dəfə olaraq Avropaya yeni Cənub Qaz Dəhlizi vasitəsilə kommersiya qaz nəqli başlandı.

"Şahdəniz" layihəsinin səhmdarlar: BP (operator - 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.