Bəzi ərzaqların bahalaşması ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gündür ki, sosial şəbəkələrdə istehlak bazarında bəzi ərzaqların və məhsulların qiymətinin qalxması barədə məlumatlar paylaşılır. "Qafqazinfo"nun məlumatına görə, bildirilir ki, günəbaxan yağının, qarğıdalı yağının, şəkər tozunun, unun, uşaq bezlərinin qiymətində dəyişikliklər var.
Belə ki, əvvəl 1.72 qəpik olan günəbaxan yağının qiyməti hazırda 2.71 qəpik, 38 manata olan 50 kq-lıq şəkər tozunun qiyməti 52,5 manata, 24.35 qəpiyə olan 50 kq-lıq unun qiyməti 28 manata, 3.80 qəpik olan Heinz pamperslərinin qiyməti isə 4.80 qəpik olub .
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, bütün malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır.
Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi bir sıra amillərin, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər.
Çox təssüf ki, bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir.
Bildirilib ki, əsassız qiymət artımına yol verilməklə rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran hərəkətlərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Belə ki, "Antiinhisar fəaliyyəti haqqında" Qanunda əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur. Eyni zamanda qanunvericilikdə əsassız qiymət artımları nəticəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cinayət məsulliyəti nəzərdə tutulur.
Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Həmin monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.
Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirlə bundan sonra da davam etdiriləcək.
Qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildiyi təqdirdə toplanmış materiallar aiddiyəti üzrə hüquq mühafizə orqanlarına göndərilicək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Dünya bazarında neft ucuzlaşdı
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
XƏBƏR LENTİ
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)





