İqtisadiyyat

AİB-in Azərbaycan üzrə yeni direktoru təyin olunub

7 Yanvar 2021 11:11
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni direktoru vəzifəsinə xanım Kandis MakDiqan (Candice McDeigan) təyin olunub.

AİB-dən Milli.Az-a verilən məlumata görə, bankın Azərbaycan üzrə keçmiş rəhbəri Nəriman Manapbekov vəzifəsini 2020-ci ilin sonunadək icra edib, bu ilin əvvəlindən etibarən isə sözügedən vəzifəyə K. MakDiqan təyin olunub. MakDiqan bundan əvvəl (2016-2020-ci illərdə) AİB-in Qırğızıstan üzrə direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bankın Azərbaycan üzrə keçmiş rəhbəri N. Manapbekov 2016-cı ildən bəri AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb və noyabr ayında bankın Qazaxıstan üzrə rəhbəri vəzifəsinə başlayıb.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.