İqtisadiyyat

Bakı və Abşeronda tullantı sularının idarə olunmasına bu qədər vəsait yatırılacaq

6 Yanvar 2021 14:04
Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərsu" ASC tərəfindən kanalizasiya kollektorlarının tikintisinə və yağış və tullantı sularının idarə olunması sisteminin yaradılmasına dair keçirilən tenderlərin qalibləri müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, tender komissiyasının qərarına əsasən, ASC-nin elan etdiyi tenderlərin qalibləri "Tunel Tikinti Servis" MMC və "Protean Construction" ASC seçilib. Şirkətlərlə ümumi dəyəri 38,33 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, "Tunel Tikinti Servis" şirkəti tərəfindən Pirşağı tullantı sutəmizləyici qurğusunun gətirici kanalizasiya kollektorlarının tikinti (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru) işləri, "Protean Construction" tərəfindən isə Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (I mərhələ) işləri aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.