İqtisadiyyat

Azərbaycan pensiya göstəricilərinin alıcılıq qabiliyyətinə görə MDB-də liderdir

24 Dekabr 2020 14:58
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış minimum və orta aylıq pensiya göstəricilərinin beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə müqayisədə lider mövqeyini qoruyub saxlamaqdadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölkəmizdə aparılan sosial islahatlar sosial ödənişlərin, habelə pensiyaların əhəmiyyətli dərəcədə artımı ilə nəticələnir.

Bu gün Azərbaycanda ödənilən pensiyaların minimum məbləği 233 manat, orta aylıq məbləği isə 300 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 330 manatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.