İqtisadiyyat

Azərbaycanın Bahar yatağında qaz hasilatı artıb

16 Dekabr 2020 15:14
Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin üçüncü rübündə Azərbaycanın Bahar yatağında qaz hasilatı gündə orta hesabla 19,4 milyon kub fut olub ki, bu da 2020-ci ilin ikinci rübünə nisbətən gündə təxminən 0,6 milyon kub fut çoxdur.

Bu barədə Milli.Az layihəni törəmə şirkəti BEOC vasitəsi ilə idarə edən ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən xəbər verir.

Şirkətin verdiyi məlumata görə, hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artıb.

Bununla belə, iş platformalarını hərəkətə gətirmək üçün kran gəmilərinə xidmət göstərməsində gecikmələr səbəbindən üçüncü rübdə gündəlik hasilat nəzərdə tutulduğundan 3,5 milyon kub fut az olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.