İqtisadiyyat

Azərbaycanın Türkiyədən sement idxalı azalıb

4 Dekabr 2020 13:02
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalaraq 30,323 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Noyabr ayında Türkiyə Azərbaycana 2,326 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 23 faiz azdır.

2020-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 3,407 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,2 faizini təşkil edib.

Son 12 ay ərzində (noyabr 2019-cu il - noyabr 2020-ci il) Türkiyə 3,686 milyard dollar məbləğində sement ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.