İqtisadiyyat

Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb

3 Dekabr 2020 15:47
Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-oktyabr aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəliri 37,8 milyon dollara bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Milli.Az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"ına istinadən məlumat verir.

Hesabata əsasən, "Azərkosmos"un xidmətlərin ixracından gəlirləri ümumi gəlirin 90 faizini təşkil edib.

Yanvar-oktyabr aylarında müəssisə 30 ölkəyə, o cümlədən Böyük Britaniya, ABŞ, Fransa, Malayziya və BƏƏ-yə xidmət göstərib.

2020-ci ilin oktyabrında "Azərkosmos" 21 ölkəyə 6,9 milyon dollar məbləğində xidmət ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.