Maraqlı

Hansı bədən temperaturu normal hesab edilməlidir?

19 Sentyabr 2020 07:05
Baxış: 1 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Adətən bədənin temperaturu 37 dərəcədən yuxarı qalxarsa, insanın xəstələndiyi hesab olunur. Bu, tam da doğru olmayan, bir qədər sadələşdirilmiş yanaşmadır".

"Sputnik"in məlumatına görə, bu sözləri rusiyalı tibb elmləri doktoru Andrey Prodeus deyib.

Onun sözlərinə görə, termometrdə dərəcə 37 dərəcənin üzərində olsa belə, insan özünü yaxşı hiss edirsə, təşvişə düşməyə dəyməz.

"Temperatur özü-özlüyündə təhlükəli deyil. Əgər intoksikasiya əlamətləri varsa, insan normal temperaturda olsa da, özünü pis hiss edirsə, o zaman böyük ehtimalla xəstələnir" - deyə o, bildirib.

Andrey Prodeusun sözlərinə görə, normal insanın temperaturu 36,2-37,2 dərəcə arasında dəyişir.

Bununla belə, tibb elmləri doktoru 37 dərəcə temperaturun mütəmadi təkrarlanması halında həkimə müraciət barədə də xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.