"AccessBank" növbəti dəfə "STP Quality Award" mükafatına layiq görülüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"AccessBank" beynəlxalq ödəmələrin yüksək səviyyədə icrasına görə, növbəti dəfə nüfuzlu bank mükafatına layiq görülüb. Bank, artıq 2 il ardıcıl olaraq, "Raiffeisen Bank International AG" tərəfindən "STP Quality Award" mükafatı ilə təltif olunur.
STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.
"AccessBank"ın ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova: "Belə nüfuzlu mükafata layiq görülməyimiz komandamızın peşəkarlıq səviyyəsinin və beynəlxalq ödənişlər sahəsinin yüksək tələblərinə cavab verməyimizin göstəricisidir. Bununla belə, müştərilərimizə daha yaxşı xidmət göstərməyimiz üçün daxili prosesləri daima təkmilləşdiririk."
"AccessBank" müştərilərinə beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətləri təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmalar həyata keçirmə imkan yaradır.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





