İqtisadiyyat

95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

29 Avqust 2020 11:14
Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son rübündə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemləri işə salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 65 min e-təyinat bu ilin ötən dövründə aparılıb.

Vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.