İqtisadiyyat

Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12 milyard manatı ötüb

2 İyul 2020 20:32
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-may aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,5 milyard manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənaye məhsulunun 75,2 faizi mədənçıxarma, 21,9 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 84,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,1 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2020-ci il vəziyyətinə 263,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.