İqtisadiyyat

Türkiyə Naxçıvana qaz kəmərinin çəkilişi ilə bağlı tender keçirəcək

9 İyun 2020 10:55
Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Naxçıvana qaz kəmərinin çəkilməsi ilə bağlı tender elan olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, tenderdə iştirak üçün müraciətlər iyunun 30-a qədər qəbul olunacaq.

Boru kəmərinin ümumi uzunluğu 82 kilometrdir. Tenderin qalibi 270 gün ərzində tikintini yekunlaşdırmalıdır.

Qeyd edək ki, hazırda Naxçıvana qaz İrandan svop əməliyyatı ilə tədarük olunur.

Bir qədər əvvəl Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyindən Trend-ə bildirilmişdi ki, İqdır vilayətindən Naxçıvana boru kəmərinin tikintisi Türkiyə və Azərbaycan üçün prioritet məsələdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.