İqtisadiyyat

Neft hasilatının azaldılması iyulun sonuna qədər uzadıldı - OPEC

6 İyun 2020 19:12
Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neft hasilatında hazırkı azalma səviyyəsi daha bir ay davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "OPEC" ölkələrinin iclasının yekun kommünikesində bildirilib.

Sənəddə deyilir: "2020-ci ilin may və iyun ayları üçün razılaşdırılmış hasilatın azaldılmasının birinci mərhələsinin daha bir ay, yəni 2020-ci ilin iyul ayının sonuna qədər uzadılmasına qərar verilir".

"OPEC" hasilatı 100% azaltmayan ölkələrə iyul - sentyabr aylarında öhdəliklərini tam olaraq yerinə yetirmələrini tapşıracaq. Sənəd layihəsində deyilir ki, OPEC + Nazirlər Monitorinq Komitəsi bu ilin sonuna qədər ayda bir dəfə olmaqla toplanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.