İqtisadiyyat

Azərbaycanda səhmdarların dividendlərindən tutulan vergi ləğv edilib

13 Dekabr 2011 19:33
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Konstitusiya Məhkəməsinin (KM) qərarına əsasən, 2011-ci il dekabrın 7-dən ölkədə bank və sığorta şirkətlərinin səhmdarlarının onların təkrar kapitallaşmasına yönəldilən "Mənfəət vergisindən azad edilməsi haqqında" qanun çərçivəsində bu şirkətlərin kapitalının artırılmasına yönəldilən dividendlərdən tutulan vergi ləğv edilib. Trend-in məlumatına görə, bu barədə KM-in yaydığı məlumatda deyilir.

Məhkəmənin qərarına əsasən, bank və sığorta şirkətlərinin səhmdarlarının dividendlərindən tutulan 10 faizlik vergi ləğv edilib. Belə ki, hüquqi şəxslərin təkrar kapitallaşmaya yönəltdiyi xalis gəliri "dividend" anlayışına uyğun gəlmir (Azərbaycan Vergi Məcəlləsinin 13.2.15-ci maddəsi).

Nəticədə bölünməmiş mənfəətlərin səhmdarların səhmlərinin nominal qiymətinin yüksəlməsinin nizamnamə kapitalının artırılmasına istiqaməti ancaq səhmlərin təqdim edilməsi zamanı fiziki şəxs olan səhmdarlar üçün əlavə gəlir vergisinə və hüquqi şəxs olan səhmdarlar üçün əlavə mənfəət vergisinə səbəb ola bilər.

2009-cu ilin yanvarın 1-dən Azərbaycanın bankları, sığorta və təkrar sığorta şirkətləri mənfəət vergisinin kapitallaşmanın artırılmasına yönəldilən hissəsini ödəməkdən azad edilib.

Qəbul edilən qanunun əsas məqsədi maliyyə sahəsinin inkişaf tempini sürətləndirmək, bank və sığorta sektorlarında xidmətlərin keyfiyyətini yüksəltmək, şirkətlərin kapitallaşmasının artırılmasını stimullaşdırmaqdır. Vergi güzəştlərinin fəaliyyət müddəti 2011-ci ildə başa çatır.

Bank, sığorta və təkrar sığorta şirkətlərinə təqdim edilən vergi güzəştlərindən Azərbaycan dövlət büdcəsinin itkiləri 3 il ərzində 150 milyon manat təşkil edib.

"Bu vergi güzəştlərinin təqdim edilməsi nəticəsində ildə dövlət büdcəsinə 40-50 milyon manat daxil olmayıb. Baxmayaraq ki, ümumilikdə 3 il ərzində bu, 150 milyon təşkil edib, mövcud vəsait dünya iqtisadi böhranın ən qızğın vaxtında bank sektorunda sabitliyi saxlamağa və aktivləri möhkəmləndirməyə imkan verib. Bu, ölkə hökuməti tərəfindən vacib və vaxtında atılmış addım idi", - vergilər naziri Fazil Məmmədov bir müddət əvvəl deyib.

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına əsasən, vergi güzəştləri Azərbaycanın sığorta bazarına xeyli təsir göstərib. Əgər 2009-cu il yanvarın 1-nə qədər sığorta və 1 təkrar sığorta şirkətinin kapitallaşmasının ümumi həcmi 80 milyon manat təşkil edirdisə, 2011-ci ilin noyabrın 1-nə bu göstərici artıq 208 milyona çatıb.

Mərkəzi Bankda hesab edirlər ki, bu addımlar bankların kapitallaşmaya yönəltdiyi mənfəətləri stimullaşdırır, nəticədə 2009 və 2010-cu illərdə banklar özlərinin 90 faiz mənfəətlərini kapitalın yüksəldilməsinə yönəldiblər.

"Bu, bankların maliyyə sabitliyini yüksəldib və bank xidmətlərinin genişləndirilməsi imkanlarını artırıb", - AMB-dən deyiblər.

AMB-nin məlumatına əsasən, 2011-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bütün bankların ümumi kapitalı 2,345 milyard manat təşkil edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.