İqtisadiyyat

OPEK neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir

26 Aprel 2020 21:25
0 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK bu ilin ortasında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin energetika naziri, OPEK konfransının prezidenti Məhmməd Abkar deyib.

M.Abkar bildirib: "Təşkilat (OPEK - red.) bu ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir. May və iyun aylarında neftin qiyməti orta hesabla 35 dollara qədər artacaq".

Nazir əlavə edib ki, bu tendensiya "neft hasilatının azaldılması ilə bağlı razılaşmanın (OPEK+ - red.) həyata keçirilməsi" ilə əlaqədar olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.