İqtisadiyyat

Şimali Amerika ölkələrinin yeni ticari sazişi qüvvəyə minir

25 Aprel 2020 07:45
0 Şərh     Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ nümayəndəsi Robert Laythayzer Kanada, Meksika və Amerika Birləşmiş Ştatları arasında imzalanmış ticari sazişin (USMCA) 1 İyul 2020-ci il tarixində qüvvəyə minəcəyi barədə ABŞ Konqresinə məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq açıqlama nümayəndənin rəsmi saytında dərc edilib.

R.Laythayzer Konqresə bildirib ki, Kanada və Meksika "USMCA" çərçivəsində bütün öhdəlikləri yerinə yetirmək üçün lazımi tədbirlər görüblər.

ABŞ ticarət nümayəndəliyinin ofisi qeyd edib ki, yeni müqavilə çərçivəsində qəbul edilən dəyişikliklər "yeni iş yerləri açacaq, daha etibarlı əməyin mühafizəsini təmin edəcək, bazarlara çıxışı genişləndirəcək və amerikan işçiləri, fermerlər və ranço sahibləri üçün yeni imkanlar yaradacaq".

Kanada, Meksika və ABŞ 2018-ci ilin sentyabr ayında yeni ticari saziş (USMCA) barədə razılıq əldə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.