İqtisadiyyat

“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb

1 Aprel 2020 15:34
0 Şərh     Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "Petkim" neft-kimya kompleksi koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb.

Milli.Az bildirir ki, Trend bu barədə "SOCAR Turkey" şirkətinə istinadən məlumat verir.

Şirkətdən bildiriblər ki, hazırkı vəziyyətdə "Petkim" tibbi ləvazimatlar və qablaşdırmalara olan cari tələbatı tam ödəmək üçün dayanmadan işləyir.

Bundan başqa, "Petkim" maska və xüsusi geyimlər üçün parça istehsalına zəruri xammala olan tələbatı tam ödəyir.

Qeyd edək ki, "Petkim" neft-kimya kompleksinin tərkibinə 14 zavod daxildir və bu zavodlarda 20 növ məhsul istehsal olunur. Kompleksin illik istehsal gücü 3,6 milyon tondur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.