İqtisadiyyat

TRACECA çərçivəsində Azərbaycan ərazisindən yük daşımaları artıb

20 Mart 2020 12:25
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar ayında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşımalarının həcmi 4,295 milyon ton təşkil edib, yük dövriyyəsi isə öz növbəsində 9,16 milyon ton-kilometrə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Dövlət Statistika Komitəsi bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımalarının həcmi 9,5 faiz artıb.

Yük daşımalarının ümumi həcminin çox hissəsi (65,4 faiz) 2,806 milyon ton avtomobil nəqliyyatının payına düşüb, daşımaların həcminin artımı isə 4,3 faiz təşkil edib.

Dəmir yolu nəqliyyatının payına bütün daşımaların 25,4 faizi - 1,092 milyon ton düşüb. Yanvar-fevral ayları ərzində keçənilki göstərici ilə müqayisədə artım 12,4 faiz təşkil edib.

Dəniz daşımalarının payına düşən yüklərin ümumi həcmi 9,2 faiz - 0,396 milyon ton (təxminən 7,04 faiz azalma) təşkil edib.

TRACECA vasitəsilə daşınan yüklərin təxminən 17,8 faizi (0,764 milyon ton) tranzitə aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.