İqtisadiyyat

Mikayıl Cabbarov: Azərbaycanda kifayət qədər ərzaq ehtiyatı var - VİDEO

14 Mart 2020 20:00
Baxış: 2 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.

"Bu gün ölkədə bütün əsas məhsullar üzər ehtiyatlar mövcuddur. Mal və məhsulların kifayət qədər ehtiyatı var. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq".

Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələləri Azərbaycan hökumətinin diqqət mərkəzində olub: "Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə bağlı ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər isə yük daşımalara şamil edilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.