İqtisadiyyat

Azərbaycanda çörəkbişirmə sobalarının istehsalı artırılır

7 Mart 2020 09:39
0 Şərh     Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanın "TITAN GROUP" korporasiyası çörəkbişirmə prosesində istifadə olunan rotasiya sobalarının istehsalı həcmini artırır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə korporasiyanın meneveri Lalə Hüseynova deyib.

Onun sözlərinə görə, şirkət bu il rotasiya sobalarının istehsalını 2-2,5 dəfə artırmağı planlaşdırır:

"Hazırda korporasiya 10 soba istehsal edib. Bu il istehsalın 25 ədədədək çatdırılması planlaşdırılır. Şirkət rotasiya sobaları ilə yanaşı konveksiya sobaları da buraxır. Bu sobalar da çörəkbişirmə prosesində istifadə olunur".

Menecer bildirib ki, ötən korporasiyanın satdığı çörəkbişirmə avadanlıqlarının ümumi məbləği 100 min manatdan çox olub.

Çörək istehsalında tətbiq olunan bütün avadanlıq növlərinin qiyməti 10-11 min manat təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.