Norveçli Azərbaycana gəldi və 10 ildir burada "yaşıl" enerji istehsal edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alternativ enerji mənbələri bu gün dünyada populyarlıq qazanır. Bunlar neft, təbii qaz və kömür əsasında işləyən və atmosferi karbon qazı ilə zəhərləyən ənənəvi enerji mənbələrini əvəz edən, habelə yenilənə bilən mənbələrdir. Bərpa olunan və ya praktik olaraq tükənməz təbii qaynaqlardan enerji əldə etmək bir çox üstünlüklərə malikdir. Həmin üstünlüklər arasında ən əsasları ekoloji təmizlik və yüksək gəlirlilik, mənfəətlilikdir.
Azərbaycan yüksək bərpa olunan enerji potensialına malik bir ölkədir. Unikal təbiətimiz külək, Günəş, su və digər mənbələrdən enerji almağa imkan verir. Bu gün Azərbaycanda alternativ enerjinin inkişafı üçün ardıcıl addımlar atılır və bu istiqamətdə bir çox işlər dövlət sərmayələri hesabına həyata keçirilir. Ölkəmizdə alternativ enerji mənbələrinin inkişafında ixtisaslaşmış özəl şirkətlər var. Bunlardan biri norveçli Knut-Erlend Rosvoldtin yaratdığı "Provitaz"dır.
İlk dəfə Knut-Erland, təxminən 10 il əvvəl, Lənkəranda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təlimində iştirak etmək üçün dəvət alaraq Azərbaycana gəlmişdi. O zaman Knut-Erland ölkəmizdə qalmağı nəzərdə tutmamışdı.
"İlk Günəş kollektorunu həyətimdə quraşdırdım və gördüm ki, Azərbaycanda günəş enerjisi çox güclüdür. Bu məni çox təəccübləndirdi, çünki qışda da çox günəşli idi. Ölkəmdə Günəş qışda isitmir. Amma burada gördüm kim, qışda bəzi yerlərdə küçədlə hava evlə müqayisədə daha istidir.
Mən başqa məqsədlər üçün Azərbaycana gəlmişdim. Amma tədricən Günəş kollektorlarının istehsalı üçün yer yaratmaq imkanım oldu. Yerli sakinlərdən biri ilə ortaq olaraq Günəş panelləri və digər alternativ enerji texnologiyaları istehsal edən bir şirkət yaratdıq", - Knut-Erland Rosvold Day.Az-a müsahibəsində deyib.

Norveç vətəndaşı Azərbaycana gəldikdən sonra alternativ enerjiyə inanmağa başladığını, lakin indi bunu öz ölkəsində də inkişaf etdirdiyini söylədi. Bu gün "Provitaz" Günəş panelləri Çində istehsal olunur, oradan Azərbaycana və Norveçə çatdırılır. Bu yaxınlarda dünyanın digər ölkələrindən olan müştərilər şirkətlə əlaqə yaratmağa başladılar.
Azərbaycanda yaranan beynəlxalq bir brenddir. Azərbaycanda bu potensialı gördüyüm üçün işə başladım. Buna görə də Azərbaycana gəldiyimə görə çox şadam. Norveçdə belə fikir ağlıma da gəlməzdi", - həmsöhbətimiz deyib.
"Provitaz" - "Pro Vita Azerbaijan"nın qısaldılmış formasıdır. Latın dilindən tərcümədə "Azərbaycan həyatı üçün" mənasını verir. Şirkət Azərbaycanda daha yaxşı bir həyat üçün töhfə verməyə çalışır. İnsanlara və təbiətə fayda gətirən texnologiyalar yaradır.

"Şirkət mənim həyat yolum oldu, həm yerli, həm də xarici insanlar üçün iş yeri oldu. "Provitaz" 2013-cü ildə yaradılıb və bundan əvvəl deyə bilərəm ki, özüm üçün təcrübələr aparmışam. Qubada quraşdırdığımız 18 kollektor üçün aldığımız ilk sifariş yadımdadır. Çox sadə idilər, onları özümüz hazırladıq. Amma müştəri məmnun oldu və mən ona minnətdaram. Sonra çox işlər gördüm, elektrik sistemi, Bundan sonra çox şey etdik, elektrik sistemi, su isitmə və s. üçün kollektorlar yığdıq, Günəş panelləri quraşdırdıq. Maraqlı işlərimiz çox idi. Sonunculardan biri Astarada idli", - Knut-Erland Rosvold söyləyib.
Şirkət qurucusu Azərbaycanın təbii ehtiyatlarla zəngin olduğunu qeyd etdi. O hesab edir ki, ölkə enerji təminatı sarıdan müstəqil olmalıdır. Azərbaycanda neft, qaz ehtiyatları çoxdur və bunu bütün dünya bilir. Bununla yanaşı, Külək, su və Günəş elektrostansiyaları da var.
"Düşünürəm ki, gələcəkdə hibrid şəklində alternativ enerjinin bütün mənbələrindən istifadə etmək lazımdır. Məsələn, Günəş şüaları zəifdirsə, külək var, su da var. Yalnız bir enerji mənbə haqqında düşünməyə ehtiyac yoxdur. Azərbaycanda Günəş energetikasının böyük potensialı var. Bu, Avropa ölkələri ilə müqayisə olunmaz səviyyədədir. Burada Günəş enerjisi panellərinə investisiyaloar bəhrəsini verir. Və vəziyyətdən istifadə olunmalıdır", - norveçli mütəxəssis deyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video - (Yenilənib)
-
Bakıda baş redaktor həbs edildi
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)
-
Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? - AQC rəsmisindən açıqlama
-
İrandan Almaniyaya gedən yükdə 29 kiloqram metamfetamin aşkarlandı
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib





