İqtisadiyyat

Azərbaycanda qiymətli metalların hasilatı artıb

24 Fevral 2020 13:21
Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə Azərbaycanda qızıl hasilatı 2018-ci illə müqayisədə 21,3 faiz, gümüş hasilatı 33,2 faiz artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, 2019-cu ildə 50 min unsiya qızıl istehsalı nəzərdə tutulsa da, ilin yekunlarına əsasən 55,2 min ton, yəni 10,4 faiz çox istehsal edilib.

Eyni zamanda gümüş istehsalı da proqnozu 17,9 faiz üstələyib. Ötən il planlaşdırılan gümüş istehsalı 87,4 min nəzərdə tutulsa da, yekunda bu göstərici 103 min unsiya təşkil edib.

Z.İbrahimov əlavə edib ki, 2019-cu ilin göstəriciləri Çovdar dağ-mədən kompleksinin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricilər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.