İqtisadiyyat

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu aşağı salıb

20 Yanvar 2020 19:19
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Valyuta Fondu (IMF) cari il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, IMF bu ilə dair qlobal iqtisadi artım proqnozunu 3,4 faizdən 3,3 faizə endirib. Fond ticari razılaşmalar və Yaxın Şərqdəki gərginlik fonunda əvvəlki proqnoza nisbətən cari il üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb. Lakin buna baxmayaraq, fond bu il dünya iqtisadiyyatının güclənəcəyini gözləyir.

IMF qlobal iqtisadi artımın 2019-cu ildəki 2,9 faizlə müqayisədə bu il 3,3 faizə yüksələcəyini nəzərdə tutur. Belə ki, qlobal iqtisadi artım 3 ildə ilk dəfə sürətlənəcək.

Fond 2021-ci ildə isə qlobal iqtisadi artımın 3,4 faizə yüksələcəyini proqnozlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.