Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 14-də Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək.
Bu barədə Milli.Az-a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Manlio Di Stefanonun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, logistika və infrastruktur, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları və perspektivlərin müzakirəsinə həsr olunmuş sessiya keçiriləcək.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazovun İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli, eləcə də "Ansaldo Energia", "Maire Tecnimont", "Technip FMC", "DBA Group" və "Alstom Italia" şirkətləri ilə görüşləri də nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - (Canlı yayım)
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Elnur Ənvəroğlu TVNET kanalına açıqlama verib - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - (Video)
-
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
-
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - (Foto)
-
Elçin Quliyev DSX şəxsi heyətini təbrik etdi
-
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqladı
-
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - (Video/Foto)
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
-
Qubada ağır qəza - Xəsarət alanlar var
-
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Prezident İlham Əliyev: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!
-
Prezident İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir





