İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

24 Dekabr 2019 23:56
0 Şərh     Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də 67,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.