İqtisadiyyat

Azərbaycan vətəndaşları Türkiyədə mindən çox daşınmaz əmlak əldə edib

17 Dekabr 2019 20:31
Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1045 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 obyekt daha azdır.

Milli.Az bildirir ki, bu barədə Trend Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşları noyabr ayında Türkiyədə 91 daşınmaz əmlak əldə edib.

Noyabr ayında Türkiyədə 138 372 daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin noyabrı ilə müqayisədə 54,4 faiz çoxdur.

Hesabat ayında Türkiyədə əcnəbi vətəndaşlara 3 988 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin noyabrı ilə müqayisədə 14,6 faiz azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.