Azərbaycanda özəl sektorun ÜDM-də payı 84%-ə çatıb, ölkədə məşğul əhalinin 76%-i özəl sektorda çalışır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə 142 min müəssisə və ya təşkilatın 91,4%-i və ya 130 mini məhz özəl sektorun payına düşür:
"İqtisadiyyatın şaxələndirilməsi və neft amilindən asılılığın aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur. Bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5% artıb. Əlavə dəyərin 6,2%-i məhz kənd təsərrüfatının payına düşür. 2019-cu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının faktiki qiymətlərlə dəyəri 6.9 milyard manat təşkil edib ki, onun da 3,4 milyard manatı heyvandarlıq, 3,5 milyard manatı isə bitkiçilik məhsullarının payına düşür. 2019-cu ilin 10 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4%, heyvandarlıq məhsullarının istehsalı isə 3,2% artıb".
Milli.Az