İqtisadiyyat

OPEK ölkələri neft hasilatının azaldılması üzrə saziş barədə razılığa gəliblər

6 Dekabr 2019 08:59
1 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK ölkələri nazirlər səviyyəsində keçirilən iclasda neft hasilatının azaldılması üzrə sazişin taleyi ilə bağlı razılığa gəliblər, lakin danışıqların dekabrın 6-sı davam etdirilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri şəhzadə Əbdül Əziz bin Salman Vyanada keçirilən görüşün yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib: "Biz bütün OPEK iştirakçıları ilə razılaşdıq. OPEK üzvləri arasında həmişə razılaşma var".

Eyni zamanda Əbdül Əziz bin Salman qeyd edib ki, OPEK nazirləri ilə əldə edilən razılaşma OPEK+ formatının nazirlər görüşündə müzakirə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.