İqtisadiyyat

Azərbaycanda hotellərə mütləq şəkildə ulduzların verilməsi təklif edilir - AGENTLİK

4 Dekabr 2019 17:44
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hər bir hotel mütləq şəkildə ulduz kateqoriyasına malik olmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.

Onun sözlərinə görə, hotellərin ulduz alması üçün onlara müəyyən qədər vaxtın verilməsi nəzərdə tutulur: "Hotellər fəaliyyətə başlayandan dərhal sonra yox, 6 ay ərzində müvafiq orqanlara müraciət edir. Ona göstərdiyi xidmətlərə uyğun gələn ulduz sertifikatı verilir. Hotel ulduz aldıqdan sonra ona əlavə olaraq 15 gün də vaxt veriləcək ki, bu ulduz barədə məlumatı turizm reyestrinə daxil edə bilsin".

Q.Xeyirxəbərli bildirib ki, hotellərə ulduz verilməsinin məcburi olması turizm sənayesinin inkişafına töhfə verəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.