Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kapital Bank ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının birgə təşkilatçılığı ilə 6-8 noyabr tarixlərində ABŞ-ın Oklahoma Siti şəhərində keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
Forum ən yaxşı təcrübələri bölüşmək, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının kənd təsərrüfatı sahəsində əməkdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssislər, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətinin Oklahoma ştatında yerləşən bir sıra tədqiqat institutları, Oklahoma Dövlət Universiteti və ixtisaslaşmış mərkəzlərdə görüşləri keçirilib.
"Oklahoma ştatının maldarlıq sahəsində sürətli inkişaf edən iqtisadiyyat olduğunu diqqətə alaraq, forum məhz bu sahəyə, eləcə də südçülük, qida təhlükəsizliyi və digər mövzulara həsr edilib. Forumda kənd təsərrüfatı sahəsində çalışan fermerlər və təhsil mərkəzləri arasında yaranan əlaqələr ətrafında müzakirələr aparılıb. Kapital Bank Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, ölkəmizin qeyri-neft sektorunun inkişafı və investisiya imkanlarını təşviq edən bu tip platformaları bundan sonra da dəstəkləyəcək", - deyə, Kapital Bank-ın Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.
Qeyd edək ki, Kapital Bank iştirak etdiyi USACC-nin Azərbaycanla ABŞ-ın ayrı-ayrı ştatları arasında kənd təsərrüfatı sahəsində birbaşa ticarət və biznes əlaqələrinin inkişaf etdirilməsi proqramı çərçivəsində həyata keçirilən sayca ikinci forumdur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı





